22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bu uşaqlara 265 manat veriləcək - Rəsmi
Tarix: 10-06-2022 22:41 | Bölmə: Sosial

                   Bu uşaqlara 265 manat veriləcək



“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarda dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaqlar.



Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu