Bütün xəbərlər
Beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova Sumqayıt Olimpiya İdman Kompleksinə direktor təyin olunub
Tarix: 08-06-2022 21:16 | Bölmə: Sosial

    Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmrinə əsasən şahmat üzrə beynəlxalq dərəcəli  qrossmeyster Zeynəb Məmmədyarova Sumqayıt Olimpiya İdman Komplesinə direktor təyin olunub. Yeni təyin olunan direktor Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov tərəfindən kompleksin kollektivinə təqdim olunub.

     Zeynəb Məmmədyarova ona göstərilən yüksək etimada görə hər kəsə öz minnətdarlığını bildirmiş, qarşıda duran vəzifələri yerinə yetirmək üçün əzmlə çalışacağını bildirib.
Sabaha-inamla.az




Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər