Bütün xəbərlər
3x3 Basketbol üzrə Sumqayıt şəhər birinciliyinə yekun vuruldu
Tarix: 09-06-2022 10:06 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 07-08 iyun 2022-ci il tarixlərində Təhsil Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş 3x3 basketbol üzrə 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birincili keçirilmişdir. 
Gərgin idman mübarizəsi şəraitində davam edən şəhər birinciliyində oğlanlar və qızlar arasında müvafiq olaraq 2 və 18 nömrəli tam orta məktəblərin komandalarıı fəxri kürsünün ən yüksək pillələrinə qalxmışlar.
            Yekunda yarışın qalib və mükafatçılarına baş idarə tərəfindən kubok, fəxri fərman, medal və hədiyyələr təqdim olunmuşdur.
Sabaha-inamla.az









Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər