Bütün xəbərlər
Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib
Tarix: 08-06-2022 16:40 | Bölmə: Sosial



     Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir.
    İyunun 8-də muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 13 traktor və qoşqusu təqdim olunub.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
    Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, muxtar respublikanın kənd və qəsəbələrində bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır, onlar öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Son 4 il ərzində Ali Məclis Sədrinin tapşırığına əsasən 75 kommunal təyinatlı texnika, 4 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal təsərrüfatı idarələrinin istifadəsinə verilib. Bələdiyyələr öz işləri ilə yanaşı, qonşu bələdiyyə ərazilərinə də müqavilə əsasında xidmət göstərmə imkanına malikdirlər. Bu gün təqdim olunan texnikaların vəsaiti bələdiyyələrin öz yığımları və gəlirləri hesabına ödənilib. Səbuhi Məmmədov yaradılan şəraitə görə minnətdarlıq edib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə bələdiyyələrin fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Buna uyğun olaraq muxtar respublikada da tədbirlər görülür, bələdiyyələr üçün lazımi şərait yaradılır.

Sabaha-inamla.az







Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər