Bütün xəbərlər
Ağır atletika üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
Tarix: 07-06-2022 00:14 | Bölmə: Sosial

    Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 04-05 iyun 2022-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində ağır atletika üzrə 2005-ci il və daha kiçik təvəllüldü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir. Yarışda 30 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (71 kq) qızlar arasında, İbrahim Rəsulzadə (40 kq), Turan Abbasov (45 kq), Fərman Məhərrəmov (49 kq), Azər Mənsimov (55 kq), Turan Əliyev (61 kq), Fərid Mərdanov (67 kq), Fuad Qədimov (73 kq), Cavidan Muxtarlı (81 kq) və Rəbbani Niftəliyev (89 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
    Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələrilə təltif olunmuşlar.

Sabaha-inamla.az



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər