Bütün xəbərlər
142 nömrəli məktəbdə "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi
Tarix: 03-06-2022 21:15 | Bölmə: Sosial

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə məktəbin direktoru, əməkdar müəllim Gülnaz Abdullayeva açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Narkomaniyanın fəsadlarına həsr olunmuş video-çarx nümayiş olundu.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov, Sabunçu Rayon Polis idarəsinin rəisi polis polkovniki Cavid Muradov, Bakı şəhər BPİ-nin İdarəsinin Yetkinlik Yaşına Çatmıyanlarla Profilaktiki İşin Təşkili Bölməsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Sabunçu RBİ-in 14-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tural Məşədiyev, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmıyanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə şöbəsinin şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Elton Məmmədov, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin Həkim Narkoloqu Zamin Əliyev iştirak etdi.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

















Baxış sayı: 854


Bölməyə aid digər xəbərlər