Bütün xəbərlər
10 aydır komada olan Vətən Müharibəsi qazisi vəfat etdi
Tarix: 29-05-2022 14:10 | Bölmə: Sosial

                   10 aydır komada olan Vətən Müharibəsi qazisi vəfat etdi



Vətən Müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, qazi bu gün dünyasını dəyişib.
Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb.
Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb. İyulun 9-da komaya düşüb.
Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Azəriqaz”ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.


Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər