Bütün xəbərlər
Sumqayıtda məktəblilərin “Nə? Harada? Nə zaman” formatında bilik yarışı keçirildi
Tarix: 25-05-2022 22:45 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə 23-25 may 2022-ci il tarixlərində Heydər Əliyev Mərkəzində orta ümumtəhsil müəssisələrini təmsil edən VII-IX sinif şagirdlərindən ibarət komandalar arasında “28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilmişdir. Bilik yarışında ümumilikdə şəhərin orta ümumtəhsil müəssisələrinin 24 komandası öz bilik və bacarıqlarını sınamışlar.
Yarışın keçirilməsində məqsəd əlamətdar günlərin qeyd edilməsi, dövlət gənclər siyasətinin prioritet istiqamətləri üzrə yeniyetmə və gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
Yekun nəticələrə əsasən 11 saylı tam orta məktəbin “Supernova”, 28 saylı tam orta məktəbin “Kepler”, 23 saylı tam orta məktəbin “Pilot” komandaları müvafiq olaraq I,II,III yerlərə layiq görülmüşlər.
Qalib komandalar Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif edilmişlər.

Sabaha-inamla.az











Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər