12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlahiyyat İnstitutunda tələbə seminarı keçirilib
Tarix: 25-05-2022 21:47 | Bölmə: Sosial

    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib.
“Tələbə seminarları” layihəsi çərçivəsində Aİİ İlahiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Qasımzadə “İslamla mənəvi terapiya” mövzusunda çıxış edib.
     Mövzu haqqında geniş məlumat verən Fərid Qasımzadə bildirib ki, İslam insanların mənəvi ehtiyaclarını təmin edən əsas amildir. O bildirib ki, inanc fərdin düşmüş olduğu bütün depressiv hallarda onun bu vəziyyətdən çıxmasına təkan verən ən güclü motivasiyalardan biridir. Günümüzdə mənəvi böhran və dəyər çatışmazlığı yaşayan insanların bu vəziyyətdən qurtula bilməsində inancın, xüsusilə İslam dininin rolunu qeyd edən məruzəçi Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin də məsuliyyət daşıdığını vurğulayıb.
    F.Qasımzadə daha sonra qeyd edib ki, İnstitutun hər bir tələbəsi cəmiyyətin onlara olan ehtiyacını dərk etməli, bu istiqamətdə yüksəkixtisaslı kadr olmaq üçün çalışmalıdır. Əxlaqi və mənəvi keyfiyyətlərə sahib olmanın hər bir ilahiyyatçı üçün zəruriliyini qeyd edən məruzəçi digər mövzulara da toxunub.
    Məlumat üçün bildirək ki, Aİİ Tələbə Gənclər Təşkilatının “Tələbə seminarları” layihəsi çərçivəsində ali təhsil müəssisəsinin tələbələri tərəfindən seminarlar təşkil olunur. Məqsəd tələbələrin bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi, elmi fəaliyyətə marağın artırılması, bu yöndə onların fəallığına nail olmaqdır.
   Seminar müzakirələrlə davam edib.

Sabaha-inamla.az







Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu