Bütün xəbərlər
Cavid Qurbanov işdən çıxarıldı
Tarix: 24-05-2022 21:25 | Bölmə: Sosial

                    Cavid Qurbanov işdən çıxarıldı


Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Cavid Qurbanov 9 fevral 2015-ci ildən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. O, eyni zamanda Azərbaycan Voleybol Federasiyasının prezidentidir. 


Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər