Bütün xəbərlər
Sumqayıtda "FərqliSƏN!?" adlı forum keçirildi
Tarix: 24-05-2022 12:54 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin, Gənclər Klubunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyi birgə təşkilatçılığı ilə gənclərin fərdi inkişafına dəstək, ahəngdar inkişaflarının təmin edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə Heydər Əliyev Mərkəzinin akt zalında "FərqliSƏN!?" adlı forum təşkil olunmuşdur.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçmiş şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Teymur Aslanlı tədbiri açıqa elan edərək, forumun işinə uğurlar arzulamışdır.
Baş idarənin Gənclərlə iş sektorunun müdürü Ceyhun Hüseynov forumda çıxış edərək Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, gənclərimizin bu müharibədəki qəhrəmanlıqlarından söz açmış, ölkəmizdə və şəhərimizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, icra olunan dövlət proqramlarından danışmışdır.
Forumda natiqlər “İnsan mühəndisliyi”, “Karyera planlamasında marketingin rolu”, “Əmək bazarında Biz”, “Beynimiz necə çalışır?”, “Davranışımızın sosial-psixoloji tərəfləri” kimi mövzularda interaktiv çıxışlar etmişlər.
Qeyd edək ki, forum Hədəf Şirkətlər qrupunun direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Smile Pay və Whelp şirkətində Pr və Marketing şöbəsinin müdiri Asif Bəşirov, Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü İlkin Məcidov, Beyinix - Sosial araşdırma və təlim agentliyinin təsisçisi, Sosial araşdırmaçı Orxan Şahbazın təqdimatlarında keçirilmişdir.
Sonda gəncləri maraqlandıran suallar natiqlər tərəfindən cavablanıdırlmışdır.

Sabaha-inamla.az













Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər