09:23 / 16-08-2026
Tunel yanğını qatar xidmətində fasilələrə səbəb olub
09:20 / 16-08-2026
Kim Çen In Koreyanın Azadlıq Günü münasibətilə təbriklərinə görə Putinə təşəkkür etdi
09:18 / 16-08-2026
İran Xarici İşlər Nazirliyi ölkənin sahil xəttinə dəyən ekoloji ziyanı trilyonlarla dollar qiymətləndirir
09:11 / 16-08-2026
İran və Oman Hörmüz boğazı üçün gəmiçilik marşrutu xəritəsi ilə bağlı razılığa gəliblər
09:08 / 16-08-2026
5,4 bal gücündə zəlzələ baş verib
09:05 / 16-08-2026
Varşava Kiyevi Polşa dəfn yerlərində qazıntı işlərinə icazə verməkdə ittiham edir
09:00 / 16-08-2026
Bərə qəzasında ölənlərin sayı 70-ə çatıb
08:58 / 16-08-2026
Baş verən daşqınlarda beş nəfər ölüb
08:53 / 16-08-2026
Türkiyə Rusiyadan Kiyev üçün silah tələbi almadığını bildirdi
08:49 / 16-08-2026
Senatorlar "USS Abraham Lincoln" gəmisindəki dənizçi problemləri ilə bağlı Pentaqon hesabatı tələb edirlər
08:44 / 16-08-2026
Hava Limanına beş təyyarə enə bilməyib
08:42 / 16-08-2026
KTMT Ermənistanın gələcəyi ilə bağlı qərarı ağlabatan müddət ərzində qəbul etməyi tövsiyə etdi
08:39 / 16-08-2026
CENTCOM Sosial Media Paylaşımında Yaxın Şərq xəritəsini dəyişdirdi
08:35 / 16-08-2026
Atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb
08:33 / 16-08-2026
Ukraynanın limanın dayanmasından itkiləri 1,7 milyard dolları keçib
08:30 / 16-08-2026
Zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb
08:26 / 16-08-2026
ABŞ Ukraynaya silah çatdırılması ilə bağlı 49 araşdırma başlatdı
08:24 / 16-08-2026
Seul 2026-cı ildə Şimali Koreya qoşunlarının iştirak etdiyi ilk sərhəd hadisəsini elan etdi
08:20 / 16-08-2026
Deyvis Zelenskini Polşaya təbrik mesajına görə tənqid etdi
23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
DÜNYA SEVƏNLƏRİNDİR!-RAMİZ QASIMOV
Tarix: 14-05-2022 21:08 | Bölmə: Sosial

Ailə insanlığın birgəyaşayış forması kimi hər zaman ictimai həyatın məhvərinə çevrilib, dəyər qazanıb, milli sərvətə çevrilib. Buna görədir ki, xalqımızın min illərlə yaranmış düşüncə və həyat tərzinin məhsulu olan zəngin söz sərvəti içərisində əsas, başlıca yeri, ideya məhvərini təşkil edən məsələlər içərisində məhz sevgi, ailə, sədaqət, vəfa mövzusu gəlmişdir. Ədəbiyyatımızın ən nəhəng simaları da öz yaradıcılıqlarında bu mövzuya əhəmiyyət verərək qiymətli əsərlər ərsəyə gətirmiş, cəmiyyətə dəyərli fikir və nəsihətləri ilə səslənmişlər. Belə əsərlər içərisində Xalq şairi Məmməd Arazın xüsusi istedad və börük ürəklə yazdığı “Paslı qılınc” adlı poeması da yer alır.
Xalq şairi Məmməd Arazın “Paslı qılınc” əsəri ailə səadəti və kişi mərdliyi məsələsinə həsr olunub. Cəmiyyətin nüvəsi hesab olunan ailə probleminə həsr olunan əsərdə ağlıdayaz, namərd və ictimai vəzifəsini unudan, atalıq kimi şərəfli adı vara-dövlətə qurban verən namərd kişilərin taleyindən bəhs olunur. Müəllif əsas, başlıca sözlərini Hakimin dilindən verir və onun vəzifəsilə cəmiyyəti, insanlarınn mənəviyyat və qəlbini saf-çürük edir. Bir ər və arvadı boşayan hakimin öz içində götür-qoy etməsi, öz qəlbində məhkəmə qurub vicdanını ədalət mühakiməsinə çəkməsi əslində bütün hakimlərə, məhkəmə, hüquq adamlarına səsləniş hesab edilə bilər. Əri tərəfdən aldadılan boşanmış qadının mühakimə tipli sözləri hakimi yerindən oynadır, vicdanını özünə qayıtmağa məcbur edir. Ədalət tərəzisindən insani heysiyyəti unutmuş hakim qadının sözlərindən sonra daha həssas yanaşaraq məsələni insanca həll etmək qərarına gəlir. Əri Musaxanı bağışlamaq təklifinə qadın çox tutarlı cavablar verərək bütövlükdə oxucu rəğbətini qazanır. Qadının “Kişi ayağından yuya bilmərəm, Özgə həyətinin palçığını mən” kimi sözləri ədalət mühakiməsi kimi meyara çevrilir. “Sonralar gördüm ki, atalıq haqqı, Analıq haqqımı əlimdən alıb” fikirləri də qızlarının əvəzindən qərar verən kişilərə mühakimə olaraq səslənir və qızlarının bədbəxtliyinə səbəb olmuş ataların mühakiməsi təsirini bağışlayır. Qadının sözlərindən təsirlənərək öz qərarına yenidən baxmağa vadar olan hakim bir də vicdanla işə yanaşmaq və qərarını saf-çürük etmək üçün qadının boşandığı və başqa bir qadının evində yaşayan Musaxanla görüşmək məqsədilə onlara gedir. Müəllifin:
Vicdan tərəzidir əməllər üçün,
Yaşar allahımız vicdan adında,
- deyə sözləri vicdan mühakiməsi anlayışını qüvvətləndirir, insanlarda ədalət istəyini gücləndirməyə xidmət edir. Hakimin qəlbindən qopan “Bir gizli sirr adlı paslı qılıncı Dartıb öz qınından çıxara bilim” sözləri də əslində əsərin sərlövhəsinə çevrilməyə layiq ifadə kimi yer tapır. Qadının “Musaxanı özünə qaytar” ricasına uyğun olaraq Musaxanın ikinci arvadı ilə yaşadığı evə gedən hakim onu tikanlı, qınaqedici sözlərlə oyatmağa, özünə gəlməyə sövq edir və Musaxan hakimin sözlərindən sarsılaraq düşünməyə məcbur olur. Qadası ləqəbli Gülsura kimi kişipərəst qadının əlində oyuncağa çevrilən Musaxana hakim dərs vermək istəyir. “Ya Musaxan olsun, ya İsaxan” şüarı ilə yaşayan kefcil Qadası xanım rəssam ərinin rəsmlərini sataraq kefə baxır, heç bir mənəvi keyfiyyət, qadınlıq nəzakəti, analıq ləyaqəti nümayiş etdirmir. Hakim belə adamın puluna aldanaraq özünü kişilikdən və atalıqdan məhrum edən Musaxana özünə qayıtmağa, özünü mühakimə etməyə stimul verir və ona mənəvi təpki göstərmiş olur. Əsərdəki:
Qaçır, adamların gözündən qaçır,
Özündən bezikib Özündən qaçır.
Qaçır, nə qədər ki gücü var, qaçır,
Sanki cəmiyyətdən qovurlar qaçır
- kimi misralar da Musaxanın daxili-mənəvi aləmindəki təbəddülatı, özünü mühakimə halını, sarsıntı və psixoloji əhval-ruhiyyəsini anlamağa, onun mənəvi vəziyyətini başa düşməyə imkan verir. “Bəlkə də özünə gələnə kimi, Bəlkə də, bəlkə də ölənə kimi” ifadələri Musaxanın daxili mühakiməsinin gələcək vəziyyəti haqda oxucuda təəssürat, fikir formalaşdırır və əsər oxucuları bu sözlərlə mənəvi çarpış-vuruşda buraxaraq bitir. Bir tərəfdən də bu misralar oxuculara səslənərək onlara əxlaqi-mənəvi çağırış, duyuru rolunu oynamış olur.
Ailə və sədaqət mövzulu əsərlər arasında Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan şair-dramaturq Müzəffər Nəsirlinin “Atam haqqında ballada” əsəri də mühüm yerə malikdir. Şairin poema yaradıcılığında xüsusi bir yeri və poetik əhəmiyyəti olan “Atam haqqında ballada” əsəri xalqın qəhrəmanlıq ruhunun təntənəsi olaraq səslənən bir əsərdir. Poemada azərbaycanlı bir ailə başçısının müharibədə vətən naminə qəhrəmanlığı və müharibədən sonra isə müharibənin ona, ailəsinə vurduğu şəxsi yara, ağır kədər, dərin ruhi-mənəvi sartsıntı söhbət mövzusu təşkil edir. Hər bir zaman üçün aktual olan bu mövzu şairin poetik istedadı ilə məharətlə, həm də təsirli bir şəkildə yazılmışdır. Doğrudur, zahirən əsərin əsas, baş qəhrəmanı, taleyi qabarıq görünən bir döyüşçüdür. Onun müharibədə itirdiyi ayaqlar və qazandığı əlilliyin taleyinə, mənəviyyatına vurduğu ağır yara, verdiyi dərin, sarsıdıcı kədər, bundan sonra evinə necə dönmək sualı və onun ruhunda baş verən mənəvi təlatümlər, öz evinə dönməməsi və əlillər evinə sığınması ön plana çıxır. Lakin müəllif bu poetik ustalıqla verdiyi təqdimatın işığında ondan da zəruri, vacib və əzəmətli olan Azərbaycan qadınının – döyüşçünün həyat, ömür gün yoldaşının vəfa və sədaqətini bütün əzəmətilə təqdim edir və əzəmətli, mənən böyük bir ana-qadının sanki taleyini yazdığını oxucusunun diqqətinə çatdırmış olur. Müəllif təhkiyəsi ilə verilən poema epik-lirik bir əsərdir. Müəllif döyüşçünün oğlu olan təhkiyəçinin dilindən təqdim etdiyi bir ailənin taleyini o zamanın yüzlərlə, minlərlə ailəsinin problemi, taleyi olaraq ümumiləşdirir. Əlləri və ayaqları kəsiləndən sonra evinə necə dönəcəyini acı kədərlə düşünən, onsuz da həyatın kədərini az görməyən həyat yoldaşına yeni bir dərd verməmək, ağır bir yük olmamaq hissilə ailəsinə dönməyən döyüşçü ata Rusiya şəhərlərindən birində əlillər evində qalmalı olur. Ailəsinə qara xəbərli qara kağız gəlməsinə baxmayaraq həyat yoldaşı, evin anası heç zaman ərinin ölümü ilə qəlbən razılaşmayaraq böyük ümidlə onun yolunu gözləyir, hər gələndən, gedəndən onun xəbərini alır. Kəndə gələn yaralı bir əsgərdən ərinin xəbərini ala bilən ana oturmur və ərinin dalısınca yola çıxır. Uzaq bir şəhərin əlillər evində ana-bala həsrətlə bu atanı gözləyərkən şair çox məharətlə həm körpə balanın, həm də ananın qəlbindən keçən intizar duyğuları və mənəvi çırpıntıları təqdim edir. Uşağın düşüncələri o qədər təsirli, həm də ictimai-mənəvi təsirə malikdir ki, bu hisslər həm də insanların, ailələrin, körpə balaların həyat və talelərini təhdid edən hər cür müharibəyə qarşı nifrət və lənət hissləri yağdırır:
Ətrafa baxırdım, susmuşdu anam…
Mənimsə gözümdə, doğrusu, bu dəm
Bir cavan heykələ dönmüşdü atam.
Sanırdım uzaqdan bir dağ gövdəli
Qəhrəman gələcək görüşə bizlə.
Qəlbində məhəbbət qucaqlayaraq
Məni öpəcəkdir o gülərüzlə.
Qarşımda göründü bir “yarım adam”!
Nə qolları vardı, nə də qıçları.
Baxdım, gözlərimə mən inanmadım,
Sən demə insan da olarmış yarı!
Elə bil anamı vurdu ildırım,
Boylu çinar kimi sərildi yerə.
Müharibələrin dağ gövdəli ataları “yarımadama” çevirmə kədəri bir uşağın qəlbindən və gözündən çox uğurla ifadə edilmişdir. Əslində bu, həm də bir körpənin duyğuları, keçirdiyi hiss və sarsıntıları ilə ataları, ailələri şikəst edən müharibələrə qarşı bir üsyan səsidir!
Əsgər atanın dilindən deyilən:
Nə edim, mənimki belə gətirdi,
Mərdliklə döyüşdüm ön cəbhələrdə...
Minalar partladı dörd tərəfimdə
Sınıb palıd kimi paralandım mən.
Çoxdan yaşayıram əlil evində
Sizinçün yük olmaq istəmirəm mən –
sözlərlə əlil düşən döyüşçü atanın mənəvi sarsıntılarını ustalıqla dilə gətirmişdir. Əlbəttə, bu sözlərin bir atanın, bir ərin, bir kişinin dilindən çıxması heç də asan deyil. Amma nə qədər çox sevsə də, həsrət çəksə də, ailəsinə yük olmamaq üçün ürəyinə daş basıb uzaq bir şəhərin əlillər evində yaşamaq yolunu seçən atanın həm də mərdanəliyi özünü təzahür etdirir. Amma qadının ərinin düşüncələri müqabilində dediyi sözlər daha möhtəşəm, daha əzəmətlidir. “Orada mən kimə lazımam axı!?” sarsıntılı sözlərinin qarşısında ömür-gün yoldaşı:
Sən elə Vətənə, bizə gərəksən,
Sən Vətən yolunda olubsan əlil.
Necə ki dünyada hələ varam mən
Qəlbimiz qəlbindən ayrılan deyil, –
deyə tutarlı, möhtəşəm cavabla həyat yoldaşının ümidsiz, sınıq qəlbini almağa müvəffəq ola, onu öz elinə, ailəsinə, yuvasına geri dönməyə təhrik edə bilir. Bu baxımdan əsərdə bir azərbaycanlı döyüşçü, əlil atanın ailə haqqında nə qədər mənəvi əzəməti öz təcəssümünü tapırsa, ananın timslında da Azərbaycan qadınının mənəvi əzəməti, ucalığı, sədaqəti, vəfası, cəfakeşliyi, yuva qoruyucu olması öz möhtəşəm təcəssümünü əks etdirmişdir. Sədaqət və cəfakeşlik mənəvi sarsıntı və ümidsizliyə qələbə çalır, məhəbbət müharibəyə qarşı zəfər əldə edir, yuva sevgisi və vəfa ayrılan yolları yenə də bir dam altında birləşməyə nail olur. Poemada məhz ailə sədaqəti, ər-arvad sevgisi, insani məhəbbət duyğuları qələbə, xoşbəxt duyğular bəxş edir və bir ailənin yenidən qovuşma təntənəsinə çevrilmiş olur.
İstedadlı qələm sahiblərindən olan Hüseyn Razinin “Sədaqət” və “Dünya sevənlərindir” poemaları da insanlar arasında sevgi və sədaqət mövzusuna həsr edilib. “Sədaqət” poeması epik-lirik, “Dünya sevənlərindir” poeması isə lirik poemadır. Hər iki əsərdə saf, təmiz sevgi və sonsuz sədaqət, qırılmaz vəfa tərənnüm və təsvir edilir. “Sədaqət” poemasını fərqləndirən əsərdəki əhvalat və hadisələrin iki gənc arasındakı ailə bağları kontekstində konkret həyat, ömür yolu çərçivəsində sınaqlarla təzahür tapmasındadır. Müharibənin ailələrə vurduğu dəhşətli zərbələr əsərin başlıca məsələlərindəndir. İkinci Dünya müharibəsinin insanlara gətirdiyi bəla və kədərin miqyası bir gənc ailənin timsalında təqdim edilmişdir. Yavər və Xavər gənc ailə olan və bir-birini sevən gənclərdirlər. Onların körpəli, xoşbəxt duyğular yaşayan ailəsinin gözəl günlərini başlanan müharibə acı zəhrimara çevirir. Minlərlə oğuldan biri kimi Yavər də müharibəyə yollanır. Minlərlə gənc qadından biri kimi Xavər də körpələrini tək böyütmək, gecəli-gündüzlü işləmək məcburiyyətində qalır. Müharibə bitsə də, bəzi evlərin qaranlığına nur yayılsa da, gedənlər geri dönüb ailələrini sevindirsələr də, həsrət dolu minlərlə gözlər yollara dikili qalır yenə. Xavərin də əri gənc Yavərdən xəbər-ətər gəlmir ki, gəlmir. Əksinə, onun qara kağızı gənc ailənin gözləntilərinə məzar qazır. Bununla belə hər cür çətinliyə sinə gərən Xavərin ümidləri heç zaman tükənmir. Bakıdan Çiçək adında bir jurnalist qız gəlir və bu dolaşıq məsələnin çözülməsində Xavərə kömək etmək istəyir. İzlər və ehtimallar Çiçəyi Xavərin ümidlərində haqlı olduğuna inandırır. Çiçək izinə düşdüyü şeylərlə Yavəri tapır. Məlum olur ki, müharibədə ayaqlarını itirən Yavər belə şikəst halda geri dönmək, ailəsinə yük olmaq istəməmişdir. Əvvəlcə Çiçəyin geriyə, ailəsinə dönmək təklifinə Yavər müsbət cavab verməmişdir. Yavər ailə məhəbbətilə alışıb-yansa da, içindəki qürur, ailəsinə əziyyət verməmək istəyi onu bu arzuya qarşı çıxmağa vadar etmişdir.
Əsərdə sanki sədaqət, vəfa sınanır. Dağ gövdəli gözəl-göyçək bir adamı sevməyə nə var ki?! Müəlif sanki bu fikirlər kontekstində indi əlini-ayağını itirmiş, dağ gövdəsindən geriyə kiçik, şikəst bir bədəni qalmış gənc oğlanın həyat yoldaşı tərəfindən necə qarşılanacağı intizarını dilə gətirir. Xavər daha mərd, daha böyük, daha əzəmətli bir insan-qadın təsiri bağışlayır, ərini bu halda – “yarımadam” halında görsə də, ona olan sevgisi və sədaqəti tükənmir, ona sarılaraq birlikdə öz yuvalarına dönmək ehtirasını ifadə edir. Yavərin evlərinə dönməmək inadına qarşılıq sədaqətli və vəfalı Xavər:
Onda mən gələrəm, uşaqlar gələr!
Sənsizlik illərlə yandırıb bizi.
Bizim bu ibrətli taleyimizi
Hərbin alovuna düşənlər bilər.
Dedi: - Döyüşlərdən mərd çıxan əsgər,
Mənim məhəbbətim, vüqarımdısa,
Ümidim, sevincim, qubarımdısa,
Bir xalqın, ölkənin cəsur oğludur, –
deyə əsl qadınlıq hünəri göstərib sınmaz, qırılmaz sədaqət nümunəsi sərgiləyir. Beləliklə, sədaqət, vəfa, məhəbbət vüqara, inada qalib gəlir, müharibənin yaratdığı fəlakətləri insanların mehri-məhəbbətləri müalicə edir, sağaldır, ortadan qaldırır. Beləliklə, insan məhəbbəti hər cür çətinlik və ümidsizliyə qalib gələrək yenə də kədəri sevinclə, dağılmış ailəni xoşbəxtliklə tamamlayır.
Poemanın məzmunu və ideyası müasir dövrümüzdə Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda Vətən müharibəsi və ondan sonrakı hadisə və yaşantıları da xatırladır. Həyat yoldaşları Vətən müharibəsində qazi olan qürurlu, məğrur və sədaqətli Azərbaycan qadınlarının taleyi və simasını Xavər obrazının simasında çox aydın görmək olur.
Şair Hüseyn Razinin “Dünya sevənlərindir” poeması görkəmli Azərbaycan şairi Nizami Gəncəviyə ehtiramla yazılıb. Nizami Gəncəvinin məşhur beytlərindən birinə epiqrafla başlayan əsərdə sevgi və məhəbbət duyğuları bütün ülviliyi, saflığı ilə tərənnüm və vəsf olunur:
Həyata sevgimiz, məhəbbətimiz
Ən böyük ümmandır yer kürəsində.
Eşqsiz dünyadan ayrılırıq biz,
Yer də qərar tutmaz cazibəsində.
Forma rəngarənginliyinə malik olan poemada ideyanı təsbit və təsdiq üçün çox uğurlu fikir mühakiməsi aparılır, idiomatik modellərdən istifadə edilir. Şairin: “Bu dünyanı yaşadacaq Sevgisilə, həvəsilə, Məhəbbətlə zirehləşən sinəsiylə Gözəlliyi qoruyanlar”, – deyə ifadə etdiyi fikir əsərin mühüm ideya-estetik yük daşıyan tezislərindən birinə çevrilir. Şair inanır və inandırır ki, “Məhəbbətdə hər nifrəti, Ən amansız ədavəti Ram eləmək qüdrəti var”. Həmçinin məhəbbəti yaşadanların, sevməyi bacaranların sayəsində “Hikkə, nifrət öləcəkdir. Məhəbbət yüksələcəkdir”.
RAMİZ QASIMOV,
AMEA Naxçıvan Bölməsinin elmi işçisi,
filologiya üzrə fəlsfə doktoru, dosent
Baxış sayı: 8 408
Bölməyə aid digər xəbərlər

- Bəli, biz gəlirik, - söylədi Xavər,

14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu
10-07-2026, 21:03
Həmin layihələr Prezidentə təqdim olunacaq - Fotolar
10-07-2026, 20:52
Azərbaycan Ermənistana 434 min avro ödəyib