Bütün xəbərlər
ASAP gəncləri “Heydər zirvəsi”ndə
Tarix: 10-05-2022 19:32 | Bölmə: Sosial


   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) bir qrup əməkdaşı və xaricdə təhsil almış məzunlar birliklərinin nümayəndələri Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil ediblər.
     Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İctimaiyyətlə Əlaqələr Xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları ilk olaraq Xınalıq kəndi ərazisindən Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgə istiqamətində müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda hərəkət ediblər. Yürüşün bir digər məqsədi məzun birlikləri nümayəndələrini bir araya toplayaraq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməkdir. Əlverişsiz hava şəraiti və ekstremal yolların olmasına baxmayaraq gənclər Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad edib və “Heydər zirvəsi” önündə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıblar.
    Qeyd edək ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən yürüşdə 30-dan çox gənc iştirak edib.
Sabaha-inamla.az





Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər