Bütün xəbərlər
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi - Fotolar
Tarix: 09-05-2022 14:55 | Bölmə: Sosial

                      DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxıblar.
Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycanın Dövlət Bayrağını ucaldılıb.







Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər