Bütün xəbərlər
Sumqayıtda “Karyera - Gələcəyini Layihələndir” mövzusunda təlim keçirildi
Tarix: 06-05-2022 21:37 | Bölmə: Sosial

06 may 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Xidmət sahələri və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzlərinin birgə təşkilatçılığı ilə iqtisadçı ekspert Arzu Qafarlının təqdimatında “Karyera - Gələcəyini Layihələndir” mövzusunda təlim keçirilib. Təlimdə Peşə Təhsil Mərkəzlərinin müəllim və tələbə kollektivi iştirak ediblər.
Təlimin məqsədi tələbə-gənclərin karyera planlaması, peşə biliklərinə yiyələnməsi, özünü motivasiya istiqamətində maarifləndirməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
Təlimdə gənclərlə şəxsi bacarıqların artırılması, gələcəyin prespektivli peşə istiqamətləri, işgüzar yanaşma mövzularında diskusiyalar aparılmış, onlar arasında maraqlı qrup çalışmaları təşkil edilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmış, aktiv gənclərə sertifikatlar təqdim olunmuşdur.

Sabaha-inamla.az





Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər