Bütün xəbərlər
Elm Tarixi İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda məruzə edib
Tarix: 01-05-2022 23:04 | Bölmə: Sosial
             
   

    Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Türkiyədə keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
   Bu barədə AZƏRTAC-a ETİ-dən məlumat verilib. Türkiyə, Azərbaycan, Əlcəzair, Belçika, Gürcüstan, Hindistan, İraq, Moldova, Mərakeş, Nigeriya, Pakistan və Rumıniyadan olan alimlərin iştirakı ilə keçirilən konfransda Elvin Talışınskinin “Sosial bir qurum olaraq modern elmin meydana gəlməsi” mövzusunda məruzəsi dinlənilib. O, konfransın II bölməsinin moderatoru qismində də iştirak edib.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər