Bütün xəbərlər
Deputatın xahişinə Azəriqazdan müsbət cavab gəldi
Tarix: 29-04-2022 23:50 | Bölmə: Sosial

Milli Məclisin deputatı Jalə Əliyeva Şəhidlər bulaq kompleksinin tikintisi üçün nəzərdə tutulan ərazidən keçən qaz xəttinin yerləşdiyi yerin dəyişdiirlməsi üçün kənd sakinləri və şəhid ailələrinin ona müraciətini nəzərə alaraq bu barədə Azəriqaz İB rəhbəri Ruslan Əliyevdən xahiş edib.
Sabaha-inanmla.az deputatın problemin həlli ilə bağlı yazdığı yazını diqqətə çatdırır:"Ucar rayonunun deputatı olduğum Bərgüşad kəndində Şəhidlər bulaq kompleksinin tikintisi üçün nəzərdə tutulan ərazidən qaz xətti keçir. Kənd sakinləri və şəhid ailələri həmin ərazidən keçən qaz xəttinin yerləşdiyi yerin dəyişdirilməsinə köməklik göstərməyimi dünən kənddə keçirtdiyim görüş əsnasında məndən xahiş etdilər. Şəhid ailələrinin və kənd sakinlərinin bu xahişi ilə əlaqədar olaraq kənd icra nümayəndəsi Məcid Hümmətov və Hacı Səmədlə birlikdə həmin əraziyə getdik, ərazinin şəklini çəkib elə yerindəcə telefon vasitəsi Azəriqaz İB rəhbərliyinə - hörmətli qardaşımız Ruslan Əliyevə göndərdim və bu məsələdə bizə yardımçı olmasını xahiş erdim. Cavab çox yubanmadı. Biz kəndi tərk etmədən Azəriqazdan müsbət cavab gəldi. Hörmətli Ruslan Əliyev məsələnin həlli üçün artıq müvafiq göstəriş verdiyini bildirdi. Hörmətli Ruslan müəllimə müraciətimizə həssaslıqla, böyük diqqətlə yanaşdığına görə seçicilərim adından və şəxsən öz adımdan minnətdarlığımızı bildirir, fəaliyyətində daim uğurlar diləyirəm".
Sabaha-inamla.az







Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər