Bütün xəbərlər
İcra başçısı medalı şəhidin oğluna təqdim edib
Tarix: 29-04-2022 22:42 | Bölmə: Sosial

   Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Famil Əhmədzadənin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi “Suqovuşanın azad olunmasına görə” medalı şəhidin ailəsinə təqdim olunub.
 

     İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi tərəfindən şəhidin ailəsi ziyarət edilib, şəhid Familin şərəfli döyüş yolundan və müəllimlik fəaliyyətindən danışılıb.
    Şəhidin oğluna atasının Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal təqdim edilib.
    Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Sabaha-inamla.az








Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər