12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında təlim keçirilib
Tarix: 28-04-2022 21:27 | Bölmə: Sosial


Aprelin 28-də İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında təlim keçirilib.  
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müşaviri Cəfər Babayev media nümayəndələrini salamlayaraq bildirib ki, təlimin keçirilməsində məqsəd bazar iqtisadiyyatının prinsipləri, tənzimlənməsi metodları, antiinhisar tənzimlənməsi və siyasəti, istehlakçıların hüquq və vəzifələri barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdir.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini vurğulayıb. 
Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatları media nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim ediblər.

Sabaha-inamla.az














Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu