12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Fond müharibə iştirakçıları ilə “Qan qrupu və sənin xarakterin” mövzusunda görüş keçirib
Tarix: 28-04-2022 21:00 | Bölmə: Sosial

                                    


    Aprelin 26-da "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin ofisində Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə bir qrup qazi və müharibə iştirakçıları ilə maarifləndirici görüş keçirilib. Öncə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək görüşün məqsəd və məramı haqqında məlumat verib.
    Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabının materialları əsasında “Qan qrupu və sənin xarakterin” mövzusunda müzakirə açıb. 
    Sevda Tahirli çıxışında qan qruplarının müəyyən olunma tarixi və bunun insanların tibbi sağlamlıqlarında rolu haqqında geniş məlumat verib. 
    Fondun prezidenti qan qrupları üzrə insanların xarakteri və qidalanmasının elmi, psixoloji yönlərini açıqlayıb. 
    Qazilərimiz daşıyıcısı olduğumuz qan qruplarının bizim həyatımız və qərarlarımızdan tutmuş sağlamlığımıza, insanlarla münasibətimizə, xarakterimizə nə qədər təsir etməsi barədə məluamtları böyük maraqla dinləyiblər.
   Xatırladaq ki, bu görüş Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial adaptasiyasına  yardım etməkdir. 3 aylıq layihə çərçivəsində qazilərlə yanaşı, onların ailə üzvlərinə də psixoloji yardımlar göstərilir.




Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu