12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Könül Nurullayeva: “İrqçiliklə mübarizədə təhsilin, informativ layihələrin, qeyri-hökumət təşkilatlarının rolu vacibdir”
Tarix: 27-04-2022 15:43 | Bölmə: Sosial

Millət vəkili Könül Nurullayeva Avropa Şurası Parlament Assambleyasının plenar iclasında “Sosial mənşəyə əsaslanan ayrı-seçkiliyə qarşı mübarizə” mövzusu ilə bağlı fikir və təkliflərini bölüşüb. K.Nurullayeva çıxışı zamanı bildirib ki, dünyada minlərlə insan sosial-iqtisadi mənsubiyyətinə görə ayrı-seçkilik və ya qeyri-bərabər rəftarla qarşılaşmaqdadır. "Bu isə cəmiyyətdə bərabərsizliyi gücləndirən əsas amillərdən biridir", - deyə o bildirib.
K.Nurullayeva daha sonra Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmiş dövlətlərin milli və sosial mənşəyə əsaslanan hər hansı bir ayrı-seçkilik olmadan hüquq və azadlıqların həyata keçirilməsini təmin etməyə dair vacib öhdəliyinin olduğunu xatırladıb. Milli Məclisin deputatı çıxışının sonunda bu qlobal problemin aradan qaldırılması istiqamətində təkliflərini irəli sürüb. Qeyd edib ki, irqçiliklə mübarizədə və inklüziv cəmiyyətlərin qurulmasında təhsilin, informativ layihələrin, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının rolu olduqca əhəmiyyətlidir.
https://www.youtube.com/watch?v=a6BcT24KRF0
Sabaha-inamla.az



Baxış sayı: 517


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu