22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qənirə Paşayeva Qarabağ müharibəsinin iştirakçısı, kapitan Yusif Hümmətovla görüşüb
Tarix: 26-04-2022 23:58 | Bölmə: Sosial

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin ənənəvi vətəndaş qəbulu günündə I və II Qarabağ müharibəsinin iştirakçısı, kapitan Yusif Nidayət oğlu Hümmətovla görüşüb.
Q.Paşayeva qazi zabitin döyüş yolu ilə tanış olub, mülki həyatdakı qayğılarını dinləyib, suallarını cavablandırıb və qazinin qaldırdığı məsələlər üzrə müvafiq dövlət qurumları ilə telefon əlaqəsi saxlayıb.
Komitə sədri qazilərin qayğılarını hər bir Millət vəkili, məmur, ictimai xadim və ümumən cəmiyyət üçün təxirəsalınmaz vəzifə olaraq xarakterizə edib.

Sabaha-inamla.az



Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər