12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bu dövlət qurumlarında yoxlamalar aparılacaq
Tarix: 26-04-2022 21:25 | Bölmə: Sosial

                    Bu dövlət qurumlarında yoxlamalar aparılacaq


“Cari ildə Gənclər və İdman Nazirliyində aparılacaq uyğunluq auditi çərçivəsində “Tokio-2020” və federasiyalara ayrılan vəsaitin auditi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərc hesabatının auditi aparılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib. 
Palata sədri vurğulayıb ki, cari ildə qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirlərinin maliyyə təminatının icraçı qurumlar tərəfindən icrası ilə bağlı auditlər aparılmasıdır. 



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu