22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Emin Əmrullayevdən məktəblərdəki yığımlarla bağlı - Açıqlama
Tarix: 26-04-2022 21:03 | Bölmə: Sosial

                 Emin Əmrullayevdən məktəblərdəki yığımlarla bağlı



“Məktəblərdə qeyri-qanuni yığımlar illərdir müzakirə mövzusudur. Bununla bağlı həll yolu tətbiq edilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.
“Məktəbin daha təkmil fəaliyyəti üçün, məktəbə dəstək məqsədilə, könüllü əsaslarla və ianə oluna biləcək vəsaitlərin verilməsində problem görmürük. Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub. Yeni tədris ilindən pilot şəkildə tətbiqini planlaşdırırıq. Məktəblər bu işə könüllü qoşula bilər.
İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir”, - nazir qeyd edib.


Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər