22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Nazirdən ağır məktəbli çantaları barədə - Açıqlama
Tarix: 26-04-2022 20:57 | Bölmə: Sosial

                    Nazirdən ağır məktəbli çantaları barədə



Təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində şagirdlərin məktəbli çantalarının ağır olması ilə bağlı məsələdən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, bu ildən ibtidai siniflər üzrə dərsliklər yarımillərə bölünüb:
“Dərs yükünün azaldılması istiqamətində əlindən gələni edirik. Müşahidələrimiz göstərir ki, bəzən də lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var.
Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil.
Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Bu, bir addımdır. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəməyə kifayətdir.
Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur”.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər