12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Bakı Slavyan Universitetində görüş keçirib
Tarix: 21-04-2022 21:37 | Bölmə: Sosial


    21 aprel tarixində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun Bakı Slavyan Universitetinin (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
    Tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
    BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə tələbələrin ölkədə həyata keçirilən media islahatlarının gedişi ilə tanış olması baxımından bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
    MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, dövlətimizin medianın inkişafı istiqamətində atdığı addımlardan, dövrün tələblərinə uyğun olaraq aparılan islahatlardan geniş bəhs edib. Əhməd İsmayılov Azərbaycan mediasının ölkəmizdə və dünyada baş verən proseslərin cəmiyyətə daha dolğun şəkildə çatdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsi istiqamətində göstərdiyi səylərdən, daim yeniliyə, təkmilləşməyə maraq göstərməsindən, müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnməsindən danışıb. O, “Media haqqında” Azərbaycan Respublikası Qanunu bu sahədə hüquqi-normativ bazanın yaradılmasını və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva etdiyini vurğulayıb.

   Görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Sabaha-inamla.az











Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu