12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Əkrəm Bəydəmirli: "Təbliğatın çox incə metodologiyaları var"
Tarix: 18-04-2022 21:20 | Bölmə: Sosial


Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsini həyata keçirir.
QHT-nin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, layihə çərçivəsində "Virtual Qarabağ" elektron bazasının yaradılması nəzərdə tulmuşdu. Artıq bu resurs yaradılıb. 5 dildə fəaliyyət göstərən www.fact-info.az saytınının tərkibində “Virtual Qarabağ” elektron bazasının təkmillləşdirilməsi üzərində çalışırıq. Təbliğatın çox incə metodologiyaları var. Dünyanın başa düşə biləcəyi formada və dildə real faktları çox fərqli formada ortalığa qoymaqla beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmaq əsas hədəflər sırasındadır. "Virtual Qarabağ" elektron bazası xarici auditoriya üçün daha əlçatan olacaq. Azərbaycanın ümumilikdə Qarabağın mədəniyyəti, tarixi və bu günü haqqında daha zəngin mənbə formalaşdırmaq hədəfdədir.

Sabaha-inamla.az



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu