22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Cemalettin Özdemir Milli Qəhrəman Polad Həşimovun ata evini ziyarət edib
Tarix: 17-04-2022 23:58 | Bölmə: Sosial

Almaniya Nurbeng "Türk Tarixi Mədəniyyətlər" Muzeyinin müdiri Cemalettin Özdemir Sumqayıtda- Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakından sonra Sumqayıt Şəhidlər Xiyabanında olub.O, şəhidlərin məzarını ziyarət edib.

                    
Sonra isə Milli Qəhrəman Polad Həşimovun ata evinə gəlib.Polad Həşimovun anası Səmayə Həşimova ilə qəhrəman şəhidlərimiz və onların qəhrəman anaları barədə söhbət ediblər. O, "övladlarına  Vətən sevgisi öyrədən, belə qəhrəman anaları olan Azərbaycan heç vaxt məğlub olmaz" deyib.

                    
"Səmayə ana möhtəşəm bir qadın, möhtəşəm, bütün şəhid analarına örnək ola biləcək bir anadır. Onlar çox qonaq sevər, geniş ürək sahibidirlər. İlham can qardaşımızdır. Kəmalə xanım olumlu, gözəl birləşdirici konuşmaları ilə hər zaman hər birimizin könlünü fəth etmişdir". Bu sözləri isə Cemalettin Özdemir Sabaha-inamla.az-a deyib.
























Baxış sayı: 912


Bölməyə aid digər xəbərlər