12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
QHT Agentliyinin maliyyə dəstəyilə “Gəncə-Qazax regionunda ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili” adlı layihənin icrası davam edir
Tarix: 07-04-2022 20:49 | Bölmə: Sosial

“Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Gəncə-Qazax regionunda ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili” adlı layihə ilə qalib olmuşdur.
Layihənin əsas məqsədi Gəncə-Qazax regionunda ekoturizmin təbliği istiqamətində tədbirlər təşkil edərək, yerli əhalini, gəncləri, yeniyetmə və şagirdləri maarifləndirməkdən ibarətdir. Son illər Gəncə-Qazax regionu üzrə artıq ətraf mühitin qorunması prosesi üzrə geriləmə müşahidə olunmaqdadır. Bu istiqamətdə ciddi tədbirlər görmək, qlobal miqyasda müşahidə olunan təbii sərvətlərin mühafizəsini ölkəmizdə təmin etmək lazımdır.
Layihə çərçivəsində Tovuz, Qazax və Ağstafa rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində qeyd edilən rayonların hər birində maarifləndirici xarakterli 2 görüş keçiriləcəkdir. Görüşün birinci hissəsində dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyini loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər paylanılacaqdır. İkinci hissədə isə mövzu ilə bağlı müzakirələr aparılacaq, ünvanlanan suallara cavablar veriləcəkdir. Layihə 3 ay davam edəcəkdir.







Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu