12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İlahiyyat İnstitutunda Ramazan tədbiri keçirilib
Tarix: 07-04-2022 20:36 | Bölmə: Sosial

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ramazan ayının hikmət və fəzilətləri mövzusunda tədbir təşkil olunub.
Aİİ rektoru Aqil Şirinov Ramazan ayının gəlişi münasibətilə hər kəsi təbrik edib, Ramazanın mənəvi yüksəliş və bərəkət ayı olduğunu vurğulayıb. Ali təhsil müəssisəsinin rəhbəri bu ayın hikmət və fəzilətlərindən yararlanmağın vacib olduğunu qeyd edib.
Rektor daha sonra səmavi dinlərdə oruc ibadəti haqqında tələbələrə məlumat verib. Bildirib ki, İslamdan əvvəl də oruc ibadəti bütün ilahi dinlərdə mövcud olub.
A.Şirinov Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq olunan Ramazan ayının təqviminə, eyni zamanda, verilən tövsiyələrə əməl edilməsinin vacibliyinə də toxunub.
Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov Ramazan ayının hikmət və fəzilətləri mövzusunda bəhs edərək, oruc ibadətinin insanlara səbri, təqvalı olmağı öyrətdiyini bildirib. Bu müqəddəs ayda insanların lüzumsuz işlərin ardınca getməsinin doğru olmadığını diqqətə çatdırıb.
Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan V.Səmədov bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd edib. O, cəmiyyət üzvləri arasında əlaqələrin gücləndirilməsində də Ramazan ayının xüsusi əhəmiyyətə malik olduğunu söyləyib.

Sabaha-inamla.az












Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu