12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ MEKSİKANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞÜB
Tarix: 06-04-2022 22:56 | Bölmə: Sosial



   Aprelin 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Rodrigo Labardini ilə görüşüb.
 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında iqtisadi-ticari  əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
   Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən Komitə sədri tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını deyib.
   DGK sədri Səfər Mehdiyev “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in bu il ərzində imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcminə də toxunan Komitə sədri dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini bildirib.
   Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib, Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayıb.
   Hər iki ölkə üçün qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir bu əlaqələrin, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb.
   Diplomat iki ölkə arasında münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sabaha-inamla.az








Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu