22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
Tarix: 29-03-2022 01:22 | Bölmə: Sosial

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindənSabaha-inamla.az-a verilənməlumata görə tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Elm Gününün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən mart 27-sində qeyd olunduğunu diqqətə çatdıran alim vurğulayıb ki, bu tarix AMEA-nın yarandığı günə təsadüf edir. Məhz bu fakt ölkə başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi ilə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında imzaladığı tarixi sərəncam ilə muxtar respublikanın elmi mühiti mərkəzləşmiş, sistemli və davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələri üçün yeni binalar tikilmiş və ya əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmişdir. Nəticədə bölmənin yüksək ixtisaslı əməkdaşları tərəfindən Naxçıvanın qədim və müasir dövr tarixi, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, faydalı qazıntıları və digər bu kimi mühüm sahələri tədqiq edilərək öyrənilmiş və bu səmərəli fəaliyyət bu gün də yüksək fəallıqla davam etdirilir. Əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılır. Ötən dövr ərzində Naxçıvan Bölməsinin və ali təhsil müəssisələrinin elmi heyəti çoxsaylı yerli və beynəlxalq elmi konfranslarda, simpoziumlarda yüksək fəallıq nümayiş etdirmiş, elmə öz töhfələrini verməyə çalışmışlar. Muxtar respublika alimlərinin dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq elmi qurumların, jurnalların redaksiya heyətinə üzv seçilməsi elmi əlaqələrinin inkişafının mühüm göstəricisidir.
Naxçıvan Muxtar Respublikasında elmin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edən Emin Məmmədov Elm Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, muxtar respublika alimlərinin bundan sonrakı fəaliyyətlərində də yüksək peşəkarlıq nümayiş etdirərək Azərbaycanşünaslığa, bütövlükdə dünya elminə öz töhfələrini verəcəyinə inam ifadə edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması, fəaliyyəti və inkişafı” mövzusunda məruzə edib.
Məruzədə 1945-ci ildə təsis olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə nəzər salınıb, keçdiyi inkişaf yolu şərh olunub. “Akademiyanın inkişafının ən əlamətdar dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir”,- söyləyən akademik müstəqillik dövründə elm sahəsində atılan uzaqgörən addımlardan bəhs edib. Qeyd olunub ki, AMEA-nın Naxçıvan Bölməsi dahi rəhbər Heydər Əliyein 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan regional elmi mərkəzi, Naxçıvan elmi tədqiqat bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarının bazası əsasında yaradılmışdır. Faktiki olaraq 2003-cü ilin yanvar ayından fəaliyyət göstərən Naxçıvan Bölməsinin tədqiqat istiqaməti kimi Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun, onomastikasının, ədəbi mühitinin, mədəniyyətinin, biomüxtəlifliyinin, təbii ehtiyatlarının, nadir əlyazmaların öyrənilməsi müəyyənləşdirilmişdir. Aparılan sistemli araşdırmalar sayəsində uğurlu elmi nəticələr əldə olunmuşdur
Natiq Naxçıvan Bölməsinin 2003-2021-ci illəri əhatə edən 19 illik fəaliyyətini təhlil edib. Diqqətə çatdırıb ki, bölmə əməkdaşlarının bu dövr ərzində 252 monoqrafiya, 235 kitab, 9725 məqalə, 233 tezis, 6 dərs vəsaiti, 30 metodik vəsait, 54 buklet, 25 atlas və xəritə, 5 tövsiyə olmaqla, ümumilikdə 10489 elmi əsəri nəşr olunmuşdur. Əsərlərdən 28 monoqrafiya, 19 kitab, 2073 məqalə, 84 tezis xaricdə çapdan çıxmış, 90 məqalə yüksək impakt faktorlu jurnallarda, 650-ə yaxın məqalə isə beynəlxalq kodlu elmi jurnallarda işıq üzü görmüşdür.
Məruzədə Naxçıvan Bölməsində həyata keçirilən kadr hazırlığı, beynəlxalq aləmə inteqrasiya, aparılan beynəlxalq və respublika əhəmiyyətli arxeoloji ekspedisiyaların nəticələri, həyata keçirilən tətbiq yönümlü işlərin vəziyyəti və başqa mühüm mələlələrə nəzər salınıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində ictimai və humanitar elmlərin inkişafı”, Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində təbiət və texniki elmlərin inkişafı”, Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “AMEA Naxçıvan Bölməsində elmin beynəlxalq aləmə inteqrasiyası” başlıqlı məruzələr ediblər.
Məruzələrdə Naxçıvanda ictimai, humanitar, təbiət və texniki elm sahələrində aparılan araşdırmaların tarixinə, mahiyyətinə, keçdiyi inkişaf yoluna nəzər salınıb, müstəqillik dövründə, xüsusilə 1995-ci ildən başlayaraq muxtar respublikada elmi həqiqət və yeniliklərin dünya elmi ictimaiyyətinə çatdırılması, peşəkar yüksək ixtisaslı kadrların hazırlanması, elmimizin gələcək inkişafına yönəlmiş məqsədyönlü fəaliyyətdən bəhs olunub. Dünyanın nüfuzlu elm mərkəzləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın vəziyyəti və əhəmiyyəti şərh olunub.
Sabaha-inamla.az

Baxış sayı: 412
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər