12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Məşhur geyim və kofeşoplar şəbəkəsi məhkəməyə verildi
Tarix: 25-03-2022 16:50 | Bölmə: Sosial

                      Məşhur geyim və kofeşoplar şəbəkəsi məhkəməyə verildi


Azərbaycanda məşhur geyim mağazaları və kofeşoplar şəbəkəsini özündə birləşdirən "Novco" şirkəti ilə bağlı iki məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin tərkibindəki iki obyekt iqtisadi fəaliyyət qaydalarını pozub. “Novco”ya qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. “Novco” MMC ilə bağlı iki iddiaya hakimlər Solmaz Mustafayeva və Elməddin Hüseynov baxacaq.
Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və valyuta xaricdən ölkəyə geri qaytarılmayıb. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində cərimə cəzası gözləyir.
Qeyd edək ki, "Novco" MMC-nin tərkibinə Bakıda tanınmış OVS, “Accessorize”, “Benetton” kimi geyim mağazaları şəbəkəsi, eləcə də “The Bagel Bar”, “Second Cup”, “Shakespeare” kimi məşhur restoran və kofeşoplar şəbəkəsi daxildir.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu