Bütün xəbərlər
Xanagah kəndində yeni tikilmiş otel yerli qonaqların və xarici turistlərin istifadəsinə verilib
Tarix: 18-03-2022 23:58 | Bölmə: Sosial


    Sabaha-inamla.az xəbər verir ki, İsmayıllı rayonunun Xanagah kəndində “Castle” resort spa otelin açılış mərasimi olub. Mərasimdə hüquq-mühafizə orqanları, RİH əməkdaşları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Qonaqlar oteldə yaradılan şəraitlə tanış olublar.
    Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan oteldə ümumilikdə 23 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bundan əlavə oteldə 2 konfrans zalı, 1 restoran. hovuz və SPA komleksi mövcuddur.
    Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mirvasi hesab edilən İsmayıllının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, yeni iş yerlərinin açılması deməkdir.

Sabaha-inamla.az

























Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib