12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
"Tanrı səni qorusun, əminin pələngi"-Bu gün şəhid jurnalist Sirac Abışovun oğlunun doğum günüdür
Tarix: 16-03-2022 18:59 | Bölmə: Sosial

Bu gün şəhid jurnalist Sirac Abışovun oğlu Özgürün doğum günüdür. Bu münasibətlə əmisi Şirzad sosail şəbəkədə yazı yazıb.

Sabaha-inamla.az Şirzadın təbrikinin mətnini-bu təsirli yazısını diqqətə çatdırır:

"Bunlar Siracın övladı ilə ilk və son fotolarıdır. Doğrusu hisslər bir-birinə elə qarışıb ki, ad qoya bilmirəm. Bu gün də ailəmizdə doğum günü var. Qardaşımın yadigarı, tək təsəllimiz, evimizin bəzəyi, Özgürün iki yaşı tamam olur.
Qismət !!!
Tanrı səni qorusun, əminin pələngi. Atan bundan sonrakı doğum günlərində yanında olmasa da, onun yerini heç vaxt verə bilməsək də, biz varıq, baban var, mən varam. Bir yaşında necə demişdi atan?!
"Doğum günün kutlu olsun, Özgür paşa."

Sabaha-inamla.az da bu təbrikə qoşulur.
Sabaha-inamla.az





Baxış sayı: 1 094


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu