22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
EHİM ictimaiyyətə geniş hesabat təqdim edib
Tarix: 16-03-2022 17:40 | Bölmə: Sosial

16 mart tarixində Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) media və ictimaiyyət nümayəndələri ilə görülmüş işlərə dair hesabat xarakterli görüş keçirib.
Qurumun fəaliyyətinin 4 illiyi münasibətilə təşkil olunan görüşdə EHİM-in direktoru Fariz Cəfərov həyata keçirilən layihələr, istiqamətlər haqqında geniş təqdimat edib. EHİM-in strateji hədəfləri, vizyonu və keçdiyi yoldan danışan F.Cəfərov xüsusilə ötən il həyata keçirilmiş layihələr, mövcud layihələr üzrə inkişaf dinamikası və statistikaları açıqlayıb.
2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32% artıb. Ən son statistik göstəricilərə əsasən “ASAN Login”də təqribən 2,4 milyon istifadəçi var. Hazırda “ASAN Login”ə 40 qurum və 79 sistem inteqrasiya olunub.
2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib.
Habelə platformaya COVID-19 əks göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı "myGov" mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb. 2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81% artıb. Ən son statistik göstəricilərə əsasən “myGov”da 874 mindən çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edir. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.
Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 438 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7% artıb. Ən son statistik göstəricilərə əsasən portalda istifadəçi sayı 1,367 milyon nəfər təşkil edir.
Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı EHİM tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib. Ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib. Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.
Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə 2021-ci ilin sentyabr ayının 1-dən istifadəyə verilmiş “CheckApp” mobil tətbiqi üzərindən COVID-19 pasportları təqribən 10,3 milyon dəfə yoxlanılıb.
2021-ci ilin aprel ayında EHİM “ASAN Bridge” - Milli Məlumat Mübadiləsi Sistemini istifadəyə verilib. “ASAN Bridge” Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya altsistemi olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir. “ASAN Bridge” üzərindən məlumatlar qarşı tərəfə şifrələnərək ötürülür ki, bu da məlumatların təhlükəsizliyini təmin edir. 2021-ci ildə toplam olaraq sistemdən istifadə sayı 59,5 milyon təşkil edib. Ən son statistik göstəricilərə əsasən “ASAN Bridge”ə 71 informasiya sistemi qoşulub, ümumi istifadə sayı 102 milyondan çox təşkil edib.
2021-ci ildə EHİM “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalını istifadəyə verib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Portal vətəndaşlara icra hakimiyyətlərində görüş üçün onlayn qaydada müraciət etmək, təmir-abadlıq və digər önəmli hesab edilən məsələləri aktuallaşdırmaq, icra hakimiyyətləri tərəfindən təqdim edilən bir sıra xidmətləri elektron qaydada əldə etmək imkanı yaradır. Portala, Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün icra hakimiyyətləri - 77 yerli icra hakimiyyəti orqanları inteqrasiya olunub.
Vətəndaşların rəqəmsal hökumət xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə 2, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində “Rəqəmsal hökumət pəncərə”ləri yaradılıb. 2021-ci ildə xidmətdən istifadə üçün 16 minə yaxın müraciət qeydə alınıb.
Habelə “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (e-Agro), Dövlət Xidmətlərinin Elektron Reyestri və digər layihələr üzrə müvafiq optimallaşdırma və təkmilləşdirmə işləri davam etdirilib.
2021-ci ilin 26-28 aprel tarixundə Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans keçirilib. 3 gün davam edən beynəlxalq konfransa 22 ölkədən 58 spiker, 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub. Beynəlxalq konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda rəqəmsal idarəetmədə süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi və dayanıqlılığının təmin olunması, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması və təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir. Konfrans çərçivəsində təşkil olunan data müsabiqəsində 185 komanda qeydiyyatdan keçərək, iştirak edib. Yarışmanın qalibləri pul mükafatları, sertifikatlar və hədiyyələrlə təltif olunublar.
2021-ci ilin iyul ayında EHİM tərəfindən “Rəqəmsal Jurnalistikaya doğru” proqramının üçüncü dalğası həyata keçirilib. Proqram çərçivəsində 20-dən çox jurnalist ölkədə həyata keçirilən rəqəmsallaşma, bu istiqamətdə icra edilən layihələr, rəqəmsal hökumət xidmətləri haqqında ətraflı məlumat əldə edib. Layihənin ikinci hissəsində həyata keçirilən müsabiqədə jurnalistlər tərəfindən araşdırmalar hazırlanaraq, kütləvi informasiya vasitələrində yayımlanıb.
Ümumilikdə 2020-2021-ci illərdə icra edilən proqramın üç dalğasında 100-dən çox jurnalist iştirak edib.
2019-cu ilin oktyabr ayından start götürən və hər həftənin cümə axşamı, saat 19:05-də və cümə günü, saat 14:05 “ASAN” Radio 100 FM dalğasında efirə gedən “Rəqəmsal Azərbaycan” radio verilişi öz fəaliyyətini 2021-ci ildə də davam etdirib. Ümumilikdə, verilişin 113 buraxılışı efirə gedib.
Bununla yanaşı, vətəndaşların yeni yaradılan xidmətlər haqqında KİV-lər və sosial media vasitəsilə məlumatlandırılması davam etdirilib. Vətəndaşların istifadəyə verilən yeni xidmətlər haqqında məlumatlılığını artırmaq məqsədilə təlimat videoları hazırlanaraq müvafiq platformalarda yayımlanıb, rəqəmsal savadlılıq üzrə təlimlər və sorğular təşkil edilib.
EHİM daim vətəndaş müraciətlərini araşdıraraq, sorğular keçirərək faəliyyətinin təkmilləşdirilməsi və yeni xidmətlərin yaradılması, xidmət dizaynlarının inkişafı istiqamətində işlər görür.
Sabaha-inamla.az

Baxış sayı: 406
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər