Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutunda ingilisdilli bölmə açılıb
Tarix: 16-03-2022 15:57 | Bölmə: Sosial

Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin iki tələbəsi təhsilini Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) davam etdirir. Bir semestr davam edəcək tədris ingilis dilində aparılır. Dərslər öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən keçirilir.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.

Sabaha-inamla.az






Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər