12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Prezident onu “Dostluq” ordeni ilə təltif etdi
Tarix: 15-03-2022 13:45 | Bölmə: Sosial

                    Prezident onu “Dostluq” ordeni ilə təltif etdi


Prezident İlham Əliyev Vaqif Məmişovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V. Məmişov “Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir. Bu il onun 60 illik yubileyidir. 


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər