Bütün xəbərlər
Deputat aztəminatlı ailələrdən olan şagirdlərlə görüşdü
Tarix: 14-03-2022 22:30 | Bölmə: Sosial

Qarşıdan xalqımızın ən gözəl bayramı – Novruz bayramı gəlir. Bu bayram milli dəyərləri, adət-ənənələrimizi yaşadaraq nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Bu bayram həm də sosial bərabərlik, xeyirxahlıq bayramıdır. Bu nəcib keyfiyyətləri əsas tutaraq , Millət vəkili Hicran Hüseynova hər zaman aztəminatlı və şəhid ailələri, qazilərlə müxtəlif görüşlər keçirir, onların problemləri ilə maraqlanır, maddi və mənəvi dəstək göstərir, qarşılaşdıqları problemlərin bir çoxunu elə yerindəcə həllinə nail olur.
Novruz bayramı ərəfəsində Sumqayıt şəhəri, 41 nömrəli tam orta məktəbdə 20-dən çox aztəminatlı ailələrdən olan şagirdlərə müxtəlif adda geyim və məktəb ləvazimatları paylanılmışdır.

Sabaha-inamla.az














Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər