Bütün xəbərlər
“ASAN Məktub” sosial proqramı sevindirir
Tarix: 14-03-2022 21:52 | Bölmə: Sosial


“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində Novruz bayramı münasibətilə təşkil olunan “Sizin qayğınız bayram sevinci olsun” aksiyası davam edir.
Aksiya çəçivəsində Əhmədli qəsəbəsi, 20 yanvar və Koroğlu metrostansiyalarının yaxınlığında yerləşən BRAVO hipermarketlərdə “ASAN Məktub“ stendlərində ehtiyacı olan uşaqların istək məktubları yer alır.
Vətəndaşlar stendə yaxınlaşaraq istənilən məktubu öhdəliyə götürə bilərlər.
22 fevral tarixindən başlayan aksiya 30 martadək davam edəcək. Bu günə qədər 394 məktub öhdəliyə götürülüb.
Uşaqların xəyallarındakı gizli qəhrəmanlardan biri də siz ola bilərsiniz!

Sabaha-inamla.az








Baxış sayı: 399


Bölməyə aid digər xəbərlər