Bütün xəbərlər
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsinin icra planına uyğun olaraq sorğu keçirib
Tarix: 11-03-2022 22:47 | Bölmə: Sosial

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsinin icra planına uyğun olaraq 09.03.2022 –11.03 2022- ci il tarixlərində Astara rayonunda İnsan alveri ilə mübarizə sahəsində insanların məlumatlılığını öyrənmək məqsədilə sorğu keçirmişdir. Sorğu inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar, ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, icma üzvləri, o cümlədən qadınlar və gənclər arasında aparılmışdır. Təşkilat eyni zamanda sorğunun həyata keçirilməsində xüsusi fəallıq göstərən Astara rayon Gənclər və İdman İdarəsinin könüllüləri ilə birlikdə potensial qurbanların rayon ərazisində ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə mübarizəyə dair dövlət qurumları və QHT-lər tərəfindən çap olunmuş faydalı nəşrləri və təşkilat tərəfindən hazırlanmış 2022-cil il istehsalat təqvimlərinin paylanılması həyata keçirmişdir.










Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər