Bütün xəbərlər
Deputat “Qarabağa Dönüş” adlı sərgidə iştirak edib
Tarix: 10-03-2022 22:25 | Bölmə: Sosial

   Milli Məclisin deputatı Emin Hacıyev “Qarabağa Dönüş” adlı sərgidə iştirak edib.Xidmət Sahələri üzrə tələbələrinin əl işlərindən ibarət olan sərgi barədə deputat özü sosial şəbəkədə yazıb.
Sabaha-inamla.az həmin yazını oxucuların nəzərinə çatdırır:

"Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət “Qarabağa Dönüş” adlı sərgidə iştirak etdim.
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 10 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət “Qarabağa Dönüş” adlı sərgidə tələbələrin yaratdığı Qarabağ xanlıqlarının obrazları ilə, “Dərzi” ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları 18 ədəd Qarabağ milli geyimləri və əl işləri, “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrin Qarabağ mətbəxinə dair hazırladıqları 36 növ xörək və şiniyyat növü ilə tanış oldum.
   Sərgidə kompüter operatoru, bərbər, vizajist, manikürçü ixtisası üzrə təhsil alan tələbələr xüsusi güşələrdə öz əl işlərini nümayiş etdirdilər, mərkəzin rəssam-tələbələrinin rəsmləri ilə tanış oldum, rəqqas-tələbələrin milli rəqslərini izlədim və tələbələrimizə gələcək karyera həyatlarında təhsil aldqıları peşələr üzrə uğurlar arzuladım.
    Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərovaya keyfiyyətli təhsil prosesinin təşkilinə görə təşəkkür edirəm".

Sabaha-inamla.az


















Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər