Bütün xəbərlər
Deputat "Yüksəliş" müsabiqəsinin qalibi ilə dövlət qulluqçuları və müəllimlərin görüşünü təşkil edib
Tarix: 09-03-2022 22:18 | Bölmə: Sosial


Milli Məclisin deputatı Kamal Cəfərov Sabirabadda "Yüksəliş" müsabiqəsinin qalibi ilə dövlət qulluqçuları və müəllimlərin görüşünü təşkil edib. Sonda deputat tədbir iştirakçılarını bu müsabiqəyə qoşulmağa çağırıb.
Sabaha-inamla.az deputatın sosial şəbəkədə müsabiqə barədə yazdığı yazını diqqətə çatdırır: 

"Bu gün YAP Sabirabad rayon təşkilatının dəstəyi ilə "Yüksəliş"
müsabiqəsinin Sabirabaddan olan qalibi Ruslan Mirzəliyevlə müsabiqəyə maraq göstərmiş dövlət qulluqçuları və müəllimlərin görüşünü təşkil etdik. Görüşdə Ruslan müsabiqə barədə geniş məlumat verdi və iştirakçıların suallarını cavablandırdı.
Əziz Sabirabadlılar, siz də "Yüksəliş" müsabiqəsinə qoşulun, yüksəliş sizinlə başlasın.
Müsabiqəyə müraciət edən hər kəsə Ruslan və mən də öz dəstəyimizi verməyə hazırıq!"

Sabaha-inamla.az
















Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər