12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
TƏBİB-də Beynəlxalq Qadınlar Günü qeyd edilib
Tarix: 07-03-2022 02:47 | Bölmə: Sosial


8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aparatında çalışan struktur bölmələrin xanım rəhbərlərinin və əməkdaşların iştirakıyla tədbir keçirilib.
   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən Sabaha-inamla.az-a verilən məlumata görə 
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Azərbaycan qadının ölkəmizə saysız-hesabsız qəhrəmanlar bəxş etdiyini, onların ölkəmizi beynəlxalq tribunalarda da hər zaman ləyaqətlə təmsil etdiklərini qeyd edib.
O, TƏBİB-in qazandığı uğurlarda qadınların rolunu, onların müəssisənin elmi-mədəni, sosial həyatında fəal iştirak etdiyini və ümumi işə əvəzsiz töhfələr verdiklərini vurğulayıb.
Daha sonra çıxış edən bir qrup xanım əməkdaş onlara göstərilən diqqətə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sabaha-inamla.az 










Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu