12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“5 Mart-Bədən tərbiyəsi və idman günü” Sumqayıt şəhərində təntənə ilə qeyd olundu
Tarix: 05-03-2022 23:03 | Bölmə: Sosial

4 mart 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “05 Mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatları rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya, Avropa, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə tədbir keçirilmişdir.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki, abidəsi önünə gül dəstələri qoylmuş, Şəhidlər xiyabanını ziyarət edilmiş, Sumqayıt tarix muzeyində tarixi ekspanatları və yeni hazırlanmış idman güşəsinə baxış keçirilmişdir.
Bayram tədbiri Sumqayıt Dövlət Dram Teatrında şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun iştirakı ilə davam etdirilmişdir. Sonda şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu siyasətinin ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması haqqında məlumat vermiş, “05 Mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman ictimayətini təbrik etmişdir.
Tədbirdə çıxış edən idman ictimayyətinin nümayyəndələri ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində görülən məqsədyönlü işlərdən və bu işlərin şəhərdə uğurla davam etdirilməsindən danışmışlar.
Sonda şəhər icra hakimiyətinin müvafiq sərancamı ilə bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə və “5 Mart Bədən tərbiyəsi və idman günü” münasibəti ilə idmançı və məşqçi-müəllimlərə fəxri fərmanlar təqdim olunmuşdur.

Sabaha-inamla.az



















Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu