Bütün xəbərlər
Sumqayıtda “Düzgün ixtisası necə seçək?” mövzusunda təlim keçirildi
Tarix: 05-03-2022 22:46 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 3 mart 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində gənc rəssam-dizayner Aygün İlyasova tərəfindən “Düzgün ixtisası necə seçək?” mövzusunda təlim keçirilmişdir.
Məqsəd gənclərin müxtəlif ixtisaslara olan maraqlarının müəyyənləşdirilməsi, doğru ixtisas və peşə seçimi üçün karyera məsləhətlərinin verilməsi, mövcud əmək bazarının tələbləri və ona uyğunlaşma yolları haqqında maarifləndirmə işinin aparılmasıdır. Təlimdə gənclərə iş və karyera arasındakı fərq, peşə seçimində tez-tez yol verilən nöqsanlar, şəxsi maraq və dəyərlərə uyğun ixtisas seçimi kimi məsələlərə aydınlıq gətirilmiş, həmçinin ixtisas seçiminə uyğun gələcək məşğulluq imkanları müzakirə edilmişdir.
Təlimdə Bakı və Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən 30-a yaxın gənc iştirak etmiş, sonda təlimçi tərəfindən onları maraqlandıran suallar cavablandırılmışdır.

Sabaha-inamla.az




Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər