Bütün xəbərlər
Sumqayıtda İdman Həftəsi davam etdirilir
Tarix: 05-03-2022 22:25 | Bölmə: Sosial

Mini-Futbol: 01-04 mart 2022-ci il tarixində Kapital Bank Arenada Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “05 Mart Bədən Tərbiyəsi və İdman günü” nə həsr edilmiş İdman həftəsi çərçivəsində mini-futbol üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında şəhər birinciliyi keçirilmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Futbol Klubuun idmançıları bütün rəqiblərinə qalib gələrək birinci, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İOEUGİŞM-nin və İOEUGİM-nin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.
Stolüstü Tennis: Növbəti yarış stolüstü tennis üzrə 03 – 04 mart tarixlərində “Sumqayıt Bulvarı” ərazisində yerləşən “Qarabağ” NN stolüstü tennis bazasında keçirilmişdir. 2004-2006; 2007-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən şəhər birinciliyi şəхsi, qoşa və qarışıq qoşa хarakteri daşıyırdı. Bu yarışıda da qalib adı uğrunda 60-ə yaxın yeniyetmə mübarizə aparmışdır.
Yarışların qalib və mükafatçılarına Baş İdarənin fəxri fərmanı, kubok, medal və hədiyyələri ilə təltif olunmuşlar.

Sabaha-inamla.az













Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər