Bütün xəbərlər
Şamaxıda şəhid ailələrinin iştirakı ilə 8 Mart qeyd olundu - Fotolar
Tarix: 05-03-2022 21:38 | Bölmə: Sosial

                  Şamaxıda şəhid ailələrinin iştirakı ilə 8 Mart qeyd olundu


Bu gün Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsini yad etmiş və onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb.
Daha sonra natiq şəhid ailələrinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdan geniş söhbət açaraq, şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək, dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hər tərəfli inkişafında eyni zamanda ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş vətən oğullarının yetişməsində Azərbaycan qadınının rolundan geniş söhbət açaraq, şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Digər çıxışçılar YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anası Güllü Babaşova ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edib, onların cəmiyyətimizdə daim yaşayacaqlarını və gələcək nəslillərə örnək olacaqlarını qeyd edib.
Tədbirin sonunda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunub.





Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər