12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Könül Nurullayeva Nizami rayonunda yerləşən məktəblərdəki vəziyyətlə maraqlanıb
Tarix: 03-03-2022 14:15 | Bölmə: Sosial

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonunda yerləşən 220 saylı məktəb-liseyi, Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı tam orta məktəbi, 312 və 328 saylı tam orta məktəblərdə olub.  K.Nurullayeva məktəb direktorları Lətifə Əzizova, Vüsalə Məmmədova, Fidan Axundova və Asif Nəbiyev ilə görüşərək, cari məsələlərlə əlaqədar söhbət edib. Millət vəkili, eyni zamanda 229 saylı tam orta məktəbdə Birinci və İkinci Qarabağ müharibələrində vətən uğrunda şəhid olan igid oğullarımızın əziz xatirəsinə qoyulan abidəyə, eləcə də Milli Qəhrəman Yuri Kovalyovun şərəfinə ucaldılan büstə baş çəkib, onların müqəddəs ruhunu dərin hüznlə yad edib.
Nəzərinizə çatdıraq ki, Könül Nurullayeva görüşlər zamanı məktəblərdə rəhbərliyi, müəllimləri, valideynləri, o cümlədən şagirdləri narahat edən problemlərlə maraqlanıb, onların həlli istiqamətində lazımi addımlar atılacağını bildirib. Millət vəkili vurğulayıb ki, son zamanlar sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllim və sinif yoldaşlarına qarşı xoşagəlməz davranışlar nümayiş etdirməsi ilə bağlı məlumatlar yayılır. "Nizami rayonunda yerləşən məktəblərdə bu cür ciddi problemlərə rast gəlinməməsi müsbət haldır", - deyə o əlavə edib. Bildirib ki, heç kim bu cür hadisələrdən sığortalanmayıb. Məhz bu səbəbdən, məktəbdə baş verən neqativ hallarla bağlı bütün aidiyyəti qurumlar birgə çalışmalı, problemlərin çözülməsini təmin edəcək uyğun mexanizmlərin üzərində işləyib çıxış yolu tapmalıdırlar. Çünki bizim gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsi, cəmiyyətə yararlı fərdlər kimi formalaşması olduqca vacibdir.
Görüşlərinin sonunda isə deputat Könül Nurullayeva öz adından məktəblərin müəllim heyətinə və şagirdlərinə təhsil həyatlarında yeni-yeni uğurlar arzu edib.

Sabaha-inamla.az








Baxış sayı: 449


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu