12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Sabahın tədqiqatçıları iki beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülüb
Tarix: 28-02-2022 22:24 | Bölmə: Sosial

     2021-2022-ci tədris ilində də icrası uğurla həyata keçirilən "Sabahın tədqiqatçıları" layihəsi AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığının müvəffəq davamıdır.
    AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə layihə çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 9 №-li tam orta məktəbin XI sinif şagirdi Səmayə Rəsulova "Vremya Znaniy" Ümumrusiya məktəbli olimpiadasında “Literatura” (Dünya ədəbiyyatı – XI sinif) istiqaməti üzrə, “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Literatura i teoriya” mövzusu üzrə onlayn müsabiqələrin I dərəcəli diplom və medallarına layiq görülüb.
 

    Əməkdaşımızın elmi rəhbərliyi ilə tədqiqat aparan daha bir Naxçıvan məktəblisi - 12 №-li tam orta məktəbin X sinif şagirdi Sabirə Seyidova isə “Erudit” onlayn beynəlxalq müsabiqəsinin "Favourite English" (“Söz birləşmələri və idiomlar” istiqaməti üzrə) I dərəcəli diplom və medalı ilə mükafatlandırılıb.
   Qeyd edək ki, şagirdlər mütəmadi olaraq elmi rəhbərləri ilə görüşərək əldə etdikləri araşdırmaların nəticələrini müzakirə edir, gələcək işlərlə bağlı məsləhətlər alırlar. "Müasir Naxçıvan ədəbiyyatında müharibə mövzulu əsərlərin dil-üslub xüsusiyyətləri" mövzusunda araşdırma aparan S.Rəsulova elmi rəhbəri ilə birlikdə mütəmadi olaraq bu mövzuda əsərlər yaradan yazarlarla müzakirələrdə iştirak edir.
   Məktəblilərdə düzgün tədqiqat aparmaq bacarıqları formalaşdırdığına, uğurlu elmi rəhbərliyinə görə L.Səfərova hər iki müsabiqənin münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.
Sabaha-inamla.az







Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu